Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Sabiq nazir suda boğuldu

1 718
Paylaş:
Sabiq nazir suda boğuldu

Yunanıstanın keçmiş İctimai asayiş naziri 77 yaşlı Sifis Valirakis suda boğulub.

Pravda.az xəbər verir ki, bu barədə “Skai” telekanalı məlumat yayıb. Məlumata görə, o, Evbeya adasında, şəhərkənarı evinin olduğu Eretriya şəhərciyi yaxınlığında rezin qayıqda gəzintiyə çıxıb, lakin uzun müddət evə qayıtmayıb.

Mühafizə xidmətinin əməkdaşları axtarış nəticəsində onun mindiyi qayığı tapıblar. Daha sonra sabiq nazirin özünün meyiti aşkarlanıb.

İlkin versiyaya görə, nazir qayıqdan sürüşərək suya düşüb və ya vəziyyəti pisləşib.Publika.az

Paylaş:

Ən son xəbərlər