Fövqəladə Hallar Nazirliyi Xırdalanda baş verən partlayışla bağlı son vəziyyəti açıqlayıb.
Pravda.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Xəbər verildiyi kimi, FHN-in xilasedicilərinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində dağıntı altından 6 nəfər vətəndaş xilas olunub, 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.