Xırdalanda partlayış baş verən evin dağıntıları altında qalan daha bir nəfərin meyiti tapılıb.
Pravda.az-ın xəbərinə görə, FHN xilasediciləri azyaşlının meyitini dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həmin şəxsin 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızı olduğu bildirilir.