"Pensiyanın orta məbləği ölkədə pensiya sisteminin və pensiyaçıların real durumu barədə doğru informasiya vermir. Azərbaycanda müəyyən sayda "elitar pensiyaçılar" təbəqəsi var. Söhbət keçmiş sovet-partiya məmurlarından tutmuş nisbətən yüksək maaş və əvəzləmə əmsalı ilə (təxminən 80%) pensiya hüququ qazanan müstəqillik dövrünün məmur-deputat korpusunun, hüquq-mühafizə və hərbi sistemin təmsilçilərindən gedir. Aydındır ki, say etibarı ilə bu təbəqə bütün pensiyaçıların çox aa hissəsini (tutaq ki, 20-30%-ni) təşkil etsin. Amma bu qrupla yerdə qalan 70-80%-lik aşağı pensiyalı qrupun pensiya məbləğləri arasında kəskin fərq orta pensiya məbləğini şişirdir".
Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Rövşən Ağayev deyib.
"Burda ən ədalətli statistika nə olar? Sosial Müdafiə Nazirliyi pensiya məbləğini intervallara bölməklə pensiyaçıların sayını açıqlasın. Məsələn, 200-220 manat, 221-250 manat, 250-300 manat, 300-400 manat, 400-500 manat, 500 manatdan yuxarı pensiya alanların sayı. Bir də çox şəffaf işləmək istədiklərini nümayiş etdirmək istəsələr median pensiya məbləğini açıqlasınlar. Yəni 1.2 mln nəfər pensiyaçların ilk 600 mini ilə 2-ci 600 minini birləşdirən pensiya məbləği nə qədərdir... Bir statistika maraqlıdır: hazırda yaşa görə pensiya alanların neçə nəfəri erkən pensiya hüququ ilə pensiyaya çıxmış şəxslərdir" - R.Ağayev qeyd edib.
"Azərbaycanda müəyyən sayda "elitar pensiyaçılar" təbəqəsi var"