BURADA REKLAMINIZ OLA
BİLƏR

Oqtay Gülalıyevi vuran sürücü həbs edildi

Avtomobili ilə hüquq müdafiəçisi Oqtay Gülalıyevi vuran taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev həbs edilib.

Pravda.az xəbər verir ki, bu barədə Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev şəxsi feysbuk hesabında bildirib.

Onun sözlərinə görə, Kənan Abdullayevə 2 il 3 ay həbs cəzası verilib. Bundan başqa o, 3 il sürücülükdən məhrum etmə cəzasına məruz qalıb.

Qeyd edək ki, sözügedən hadisə 2019-cu ilin oktyabrın 29-da baş verib. Kənan Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən zaman O.Gülalıyevi vurub. Hadisədən sonra hüquq müdafiəçisinin əvvəlcə yerli, daha sonra isə Türkiyə xəstəxanasında müalicəsi aparılıb. Onun hazırda müalicəsi Bakıda davam etdirilir.


Tarix: 26 Yanvar 2021, 19:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin