Ermənistanın baş naziri Nikol Paşinyanın diplomatik pasportu ötən ilin 10 noyabrında ölkə hökumətinin binasına soxulan şəxslər tərəfindən oğurlanıb.
Pravda.az xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan "Armenpress" agentliyinə bildirib.
Hökumət binasından ümumilikdə 14 diplomatik pasport oğurlanıb, onların hamısı etibarsız hesab edilib.