Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalan “Motsart” gəmisində həyatını itirən azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi Qabondan İstanbula gətirilib, oradan isə Azərbaycana yola salınıb.
Pravda.az xəbər verir ki, F. İsmayılovun nəşi Türkiyə Hava Yollarına məxsus hava gəmisi ilə Vətənə göndərilib.