Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Ziya Məmmədovun qardaşı vəzifəsindən azad edildi

1 992
Paylaş:
Ziya Məmmədovun qardaşı vəzifəsindən azad edildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər idarəsini müdiri vəzifəsindən azad edilib.

Pravda.az xəbər verir ki, keçmiş deputat Elton Məmmədov AMEA-nın İşlər idarəsinin müdiri vəzifəsindən çıxarılıb.

O, akademiyanın Radiasiya Problemləri İnstitutunun direktoru təyin olunub.

Radiasiya Problemləri İnstitutunun direktoru Oqtay Səmədov isə öz ərizəsilə işdən çıxıb. O, institutun laboratoriyasında fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, 1954-cü il təvəllüdlü E.Məmmədov Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun dayısı və keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.

İdris Hüseynli

Paylaş:

Ən son xəbərlər