Bakı Slavyan Universitetinin (BSU) tələbələrin təhsil haqqını mənimsəyən sabiq şöbə müdiri Dürdanə Əliyevanın işə düzəltmək adı ilə insanları aldatdığı məlum olub.
Bu barədə BSU-nun rektoru Nurlana Əliyeva məlumat verib.
Onun sözlərinə görə, D.Əliyeva müxtəlif işlər düzəltmək məqsədilə (Diplomun tanınması, Milli Məclisdə işə düzəltmək, məktəbə, uşaq bağçasına direktor vəzifəsinə düzəltmək, ev alqı-satqısı və s.) universitetə aid olmayan digər şəxsləri də aldadaraq külli miqdarda vəsait mənimsəyib.