Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) şəhid olub.


Pravda.az xəbər verir ki, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1997-ci il təvəllüdlü, MAXE Əliyev Azər Dilafət oğlu oktyabr ayının 15-i Xocavənd istiqamətində gedən döyüşlərdə başından ağır yaralanıb.


O, yanvarın 28-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib.


A.Əliyev bu gün Yuxarı Qiyaməddinli kəndində dəfn edilib.


Şəhidimiz ailəli idi, bir azyaşlı övladı var.


Allah rəhmət eləsin!


Report