BURADA REKLAMINIZ OLA
BİLƏR

Rasim Məmmədovun vəkilindən AÇIQLAMA

Baku Steel Company" şirkətinin DTX tərəfindən saxlanılan rəhbəri Rasim Məmmədovun vəkili Elçin Sadıqov ilkin açıqlama yayıb.

Pravda.az-ın xəbərinə görə, E.Sadıqov bildirib ki, Rasim Məmmədovun guya Ramiz Mehdiyevin qara kassası olması barədə deyilənlər həqiqəti əks etdirmir: “Rasim Məmmədov Ramiz Mehdiyevin kürəkəninin və oğlunun yalandan ibarət şikayəti əsasında tutulub”.


Qeyd edək ki, Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni İlham Əliyev hüquq-mühafizə orqanlarına şikayət edərək bildirib ki, Rasim Məmmədov onlardan birinin 4 milyon, digərinin 3,5 milyon dollar pulunu mənimsəyib. Rasim Məmmədovun digər vəkili Bəxtiyar Hacıyevdir.

Tarix: 29 Yanvar 2021, 17:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin