Məzmuna keç
Pravda.az — xəbər portalı
İqtisadiyyat

“Elə bilirsinizsə ki, Mərkəzi Bank sizin özəl qurumunuzdur, bu, ayrı məsələ...”

1 381
Paylaş:
“Elə bilirsinizsə ki, Mərkəzi Bank sizin özəl qurumunuzdur, bu, ayrı məsələ...”

“Elman Rüstəmov ona məxsus (de-facto) özəl bank haqqında (hamı bilir hansı bankdır), "biz öz vəsaitimizlə yeni ofis binası tikəcəyik", desəydi, anlamaq olardı. Özəl bankdır, özəl şirkətdir, özü bilər. Amma o boyda iş təcrübəsi olan insan çıxıb deyir ki, Mərkəzi Banka öz vəsaitimiz hesabına bina tikəcəyik. Atam, sizin öz vəsaitiniz yoxdur”.

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli deyib.

N.Cəfərli bildirib ki, Mərkəzi Bankın vəsaiti elə dövlətin vəsaitidir: “Dövlətin, yenə anlamadınız, qanunları-qaydaları olan institutu deyirəm, ona dövlət deyirlər. Əgər 30 il eyni vəzifəni tutduğunuza görə elə bilirsinizsə ki, Mərkəzi Bank artıq sizin özəl qurumunuzdur, bu, ayrı məsələ, buna nə demək olar ki?! Mərkəzi Bankın bütün aktivləri dövlətindir, qazandığı pul da. Çünki məhz dövlətin verdiyi səlahiyyətlərə görə qazanc mənbələri yaranır, inanmıram ki, Elman müəllim bunu bilməmiş olsun...”.

Paylaş:

Ən son xəbərlər