Son günlər bəzi iqtisadçı-ekspertlər və mütəxəssislər aprel-may aylarında dolların bahalaşacağı ilə bağlı iddialar səsləndirirlər.
Bəs görəsən, iqtisadçı-ekspert Rəşad Həsənov bu barədə nə düşünür?
Pravda.az xəbər verir ki, “Azərbaycanda devalvasiya gözlənilirmi?” sualına cavab olaraq R.Həsənov bildirib ki, Azərbaycanda devalvasiya üçün zəmin çoxdan formalaşıb: “Dövlət bu prosesi mövcud resurslarla tənzimləməyə çalışır və ilin birinci yarısında devalvasiya gözlənilmir. Bu, büdcə sənədinin açıqlamasından da aydın görünür.