Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakıda polisə məxsus xidməti avtomobil qəzaya uğradı

1 218
Paylaş:
Bakıda polisə məxsus xidməti avtomobil qəzaya uğradı

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Pravda.az xəbər verir ki, hadisə Mirzəağa Əliyev küçəsində qeydə alınıb.

Yüksək sürətlə hərəkət etdiyi deyilən "Kia" markalı avtomobilin sürücüsü sükana nəzarəti itirib. İdarəetmədən çıxan "Kia" Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidmətinə məxsus "FIAT" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində "Kia"da olan bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əraziyə hüquq-mühafizə orqanı əməkdaşları cəlb edilib.

Araşdırma aparılır.

APA

Paylaş:

Ən son xəbərlər