BURADA REKLAMINIZ OLA
BİLƏR

Məzahir Pənahov: “Deputatlığa namizədlər əmlakını gizlətməməlidir”

“Deputatlığa namizədliyini irəli sürmüş Azərbaycan vətəndaşları öz əmlakı barədə məlumat verməlidir, əmlakını gizlətməməlidirlər”.

 

Pravda.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

 

M.Pənahovun sözlərinə görə, bəzi məsələlər var ki, buna məhz namizəd məsuliyyət daşıyır: "Əmlak və gəlirlərin açıqlanması Seçki Məcəlləsinin tələbidir. Dairə seçki komissiyalarının namizədliyini irəli sürmüş şəxsə bu barədə məlumat vermək öhdəliyi yoxdur. Namizədliyini irəli sürmüş şəxslər bu barədə özləri məlumat verməlidirlər”.

Tarix: 7 Yanvar 2020, 17:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin