Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Pandemiya xəstəxanasında yanğın - Ölənlər var

1 621
Paylaş:
Pandemiya xəstəxanasında yanğın -     Ölənlər var

Rumıniyada Matey Bals pandemiya xəstəxanasında yanğın baş verib.

Pravda.az xəbər verir ki, yanğın nəticəsində 4 nəfər dünyasını dəyişib, 120 xəstə xəstəxanadan evakuasiya edilib.

Rumıniya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, səhər erkən saatlarda baş verən yanğında 3 nəfər yerindəcə dünyasını dəyişib, dördüncüsü şəxs isə ağır yaralı olduğu üçün evakuasiya nəticəsində digər xəstəxanaya aparılarkən ölüb.

Qeyd edək ki, noyabr ayından etibarən Rumıniyada COVID-19 virusuna yoluxma halları artıb. Yer olmadığı üçün xəstələr xəstəxana dəhlizlərinə yerləşdirilib.

Paylaş:

Ən son xəbərlər