İki maskanın eyni zamanda istifadəsi dəb halına gəlib. Koronavirusdan qorunmaq üçün tibbi, üstəlik qeyri-adi görünmək üçün dizaynlı maskalar taxılır.
Pravda.az xəbər verir ki, ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi iki maska taxmağın koronavirusun yayılmasının qarşısını almaqda təsirli olduğunu bildirmişdi. Terapevt Nadejda Çernışova isə iki maskadan istifadənin zərərlərindən danışıb.
Onun sözlərinə görə, maskanın qalınlığı normal nəfəs almağa imkan verməlidir. Bir adam eyni anda iki maska taxarsa, nəfəs almaqda çətinlik yarana bilər və nəticədə onları çıxarmalı olacaq.