BURADA REKLAMINIZ OLA
BİLƏR

Brilliant Dadaşova erməni müğənnillərlə münasibətindən danışdı: “Musiqinin milləti yoxdur” - VİDEO

“Musiqi neytral zonadır, ruhun qidasıdır, ruhun da milləti olmaz. Torpaqları, münaqişəni, mübahisəni insanlar düşünüblər. Artıq bu qaydalar, qanunlar qoyulub, biz də məcburuq ayaqlaşaq”.

 

Pravda.az xəbər verir ki, bunu Xalq artisti Brilliant Dadaşova İctimai Televiziyada yayımlanan “3D” verilişində deyib.

 

B.Dadaşova aparıcı Dadaşlinski Dadaş Dadaşoğlunun “Tez-tez adınızı hallandırırlar ki, Brilliant Dadaşova hansısa erməni ifaçının musiqi paylaşımına şərh yazaraq, “super” adlandırıb. O da sizə “Çox sağ olun” deyib. Siz bunu, sadəcə, musiqi üzərindən qurulan dialoq kimi qiymətləndirirsiniz?” sualına belə cavab verib: “Əgər “Tərəkəməni”, “Uzundərəni”, “Vağzalı”nı kimsə ifa edirsə, mütləq şərh verməliyəm, bildirirəm ki, sən bizim musiqini ifa etdin. Əgər ifa yaxşıdırsa, bunu bildirirəm. Bundan sonra da kim bizim musiqimizi yaxşı çalarsa, ona “super” yazacağam. Yəni, onun milləti mənim üçün maraqlı deyil. Çünki burada söhbət musiqidən gedir”.

 

Tarix: 15 Noyabr 2019, 00:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin