Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Milli Məclisdə Tarif Şurasının son qiymət artımları ilə bağlı dinləmələr keçirilsin - TƏKLİF

994
Paylaş:
Milli Məclisdə Tarif Şurasının son qiymət artımları ilə bağlı dinləmələr keçirilsin -     TƏKLİF

“Pasportlar haqqında əsasnaməyə dəyişiklik edilməlidir”.

Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, bu sahədə bir sıra uyğunsuzluqlar var: “Bununla bağlı qanun layihəsi hazırlamışam, təqdim edəcəm. ASAN Xidmət bu sənədləşməni çox asanlaşdırıb. Xaricdə yaşayan soydaşlarımız şəxsiyyət vəsiqəsi əsasında pasportu alırlar. Müharibəyə, yaxud xəstəliyə görə bu vətəndaşlarımızın sənədlərinin vaxtı keçib. Onlar işləyə bilmirlər. Təklif edirəm ki, ASAN Xidmətin səyyar qrupu azərbaycanlıların ən çox olduğu ölkələrə - Rusiya, Türkiyəyə göndərilsin”.

Deputat qeyd edib ki, 30 illik işğala son qoyulub: “Biz bu qələbə işinin sona qədər çatdırılmasına məsuliyyət daşıyırıq. Tarif Şurası benzinin qiymətini qaldırıb, dünən isə suyun qiyməti 2 dəfə artırılıb. Biz yaz sessiyasında Tarif Şurasını Milli Məclisə dəvət etməliyik. Hansı əsaslarla bu qərarların verildiyi bizə bildirilməlidir. Bununla bağlı dinləmələr keçirməliyik”.

Paylaş:

Ən son xəbərlər