30 yanvar 2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsinin hərbi qulluqçusu, kapitan Məmmədov Alim Nazim oğlunun həmin gün odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Sumqayıt hərbi prokurorluğuna məlumat daxil olub.
Respublika Hərbi Prokurorluğundan Pravda.az-a verilən məlumata görə, saxil olmuş məlumat əsasında Sumqayıt hərbi prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınıb və digər hərəkətlər icra edilib.