"Buğda unu idxalının ƏDV-dən azad olumasını təklif edirəm.

Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azər Badamov deyib.

Deputat bildirib ki, kəpəyin qiymətinin aşağı həddə qalması heyvandarlığın inkişafına şərait yaradır: “Buna görə Vergi Məcəlləsinə təklif edilən kəpəyin ƏDV-dən azad edilməsi müddətini daha çox götürməliyik”.


Deputat Fazil Mustafa da təklif edib ki, buğda idxalının vergidən azad edilməsi müddəti 1 il yox, daha çox götürülsə, yaxşı olar: “Buğda istehsalının artması üçün bu müddətin 3, 4, 5 ildək artırılması daha məntiqlidir”.