Bakı-Yalama dəmir yolunun tikintisində baş verən hadisə ilə bağlı araşdırmalara başlanıb.
Bakı-Yalama dəmir yolunun tikintisində bədbəxt hadisə baş verib – Fəhlələrin üzərinə şpallar aşıb
Şabran rayon Prokurorluğundan verilən məlumata görə, fevralın 1-də saat 21 radələrində “Kolin” inşaat şirkəti tərəfindən tikintisi aparılan Bakı-Yalama dəmir yolunun Şabran rayonu ərazisindən keçən hissəsində fəhlələrin təmir-tikinti işləri apararkən xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Feyruz Ağarzayev və Əmrağa Ağayev qeyd edilən ərazidə qəlibçilik işləri görərkən sonuncuların üzərilərinə torpaq kütləsi ilə birlikdə taxta şpalların aşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.