Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Samuxda partlayışda nənə və nəvə xəsarət aldı

988
Paylaş:
Samuxda partlayışda nənə və nəvə xəsarət aldı

Samuxda partlayış baş verib.

Pravda.az-ın xəbərinə görə, hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1956-cı il təvəllüdlü İsmayılova Elmira Kərəm qızı və onun nəvəsi 6 yaşlı İsmayılova Elmira Elçin qızı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralılara lazımi tibbi  yardım göstərilib, nənənin vəziyyətinin kafi olduğu bildirilir. Uşaq isə səhhətinin ciddiliyi ilə əlaqədar paytaxt xəstəxanalarından birinə göndərilib.

Qeyd edək ki, hadisə yaşayış evində qaz sızmasından baş verdiyi ehtimal olunur. Təfərrüatlar araşdırılır.APA

Paylaş:

Ən son xəbərlər