Deputatlığa namizəd Ramil Həsən “Facebook” sosial şəbəkəsindəki şəxsi hesabında yazdığı status müzakirələrə səbəb olub.
Pravda.az-ın xəbərinə görə, sosial şəbəkə istifadəçilərinin müzakirəsinə səbəb R.Həsənovun statusunda xeyli sayda orfoqrafiq səhvlərin olmasıdır.
Sosial şəbəkə istifadəçiləri bunu irad tutaraq bildiriblər ki, deputatlıq iddiasında olanlar Azərbaycan dilini mükəmməl bilməlidirlər.