ABŞ Senatı səsvermə keçirərək Pit Buttedcacı ölkənin nəqliyyat naziri postuna təsdiq edib.
Pravda.az TASS-a istinadən xəbər verir ki, Buttedcac bundan əvvəl hazırkı prezident Co Baydenlə birlikdə ABŞ prezidentliyinə Demokrat Partiyasından namizəd göstərilməsi üçün müraciət etmişdi. 2020-ci ilin martında o, seçki marafonundan çəkilərək daha sonra Baydenin namizədliyini dəstəkləmişdi.