Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Yaşı 65-dən yuxarı olan şəxslərin nəzərinə

1 204
Paylaş:
Yaşı 65-dən yuxarı olan şəxslərin nəzərinə

Fransa “AstraZeneca” koronavirus vaksininin 65 yaşdan yuxarı şəxslərə vurulmasını tövsiyə etməyib.

Pravda.az-ın məlumatına görə, ölkədəki Elmi Şura sözügedən vaksinin tətbiqini müzakirə etmək üçün bu gün toplanıb.

İclasda peyvəndin ölkədə istifadəsi təsdiqlənib, lakin 65 yaşdan yuxarı şəxslərə təsiri ilə bağlı məlumatlar kifayət etmədiyi üçün hələlik bu yaş qrupundan aşağı şəxslərə vurulması tövsiyə olunub.

Bununla “BioNTech”-“Pfizer” və “Moderna” vaksinlərdən sonra “AstraZeneca” Fransada təsdiqlənən üçüncü peyvənd olub.

Paylaş:

Ən son xəbərlər