Dünyada bir-birinin ardınca müşahidə edilən koronavirus mutasiyaları epidemiya narahatlığını artırır.
"Haber Global" xəbər verir ki, İtaliyada COVID-19-a qarşı mübarizə aparan şəxslərdən biri, Pier Luici Bartoletti mutasiyaya uğramış virusla bağlı açıqlamalar verib.
Bartolettinin sözlərinə görə, Britaniya variantı hesab edilən B 117 virusuna qarşı tibbi və cərrahi maskalar heç bir işə yaramır.