Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Milli Məclisin peyvənd olunan deputatı özünü necə hiss edir...

1 130
Paylaş:
Milli Məclisin peyvənd olunan deputatı özünü necə hiss edir...

Milli Məclisin deputatı Asim Mollazadə koronavirusa qarşı peyvənd olunub.

Pravda.az-ın xəbərinə görə, deputat özünü çox yaxşı hiss etdiyini bildirib: «Özümü çox yaxşı hiss edirəm. Heç bir əks reaksiya baş vermədi. Hər kəsə tövsiyə edirəm ki, peyvənd olunsunlar. Çünki COVİD-19-dan qurtulmaq üçün peyvənd olunmaq vacibdir. Vaksin vurdurmaq həm özümüzün, həm də yaxınlarımızın sağlamlığı üçün önəmlidir».

Asim Mollazadə digər deputat həmkarlarının vaksin vurdurub-vurdurmamasından xəbərsiz olduğunu deyib.

Qeyd edək ki, Asim Mollazadənin yaşı  65-dən yuxarıdır.

Modern.az

Paylaş:

Ən son xəbərlər