"Əmək bazarında şəffaflaşma nəticəsində məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar artıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə asılılığı azalıb".
İqtisadiyyat naziri: “Məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar artıb”
Pravda.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"Əgər 2017-ci ildə büdcədən maliyyələşmənin xüsusi çəkisi 38,1 % idisə, 2020-ci ildə bu göstərici 25 %-dən azdır", - o qeyd edib.