Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Üstünə avtomobil düşən kişi xəstəxanada öldü

1 130
Paylaş:
Üstünə avtomobil düşən kişi xəstəxanada öldü

Şəkidə 64 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Pravda.az-ın xəbərinə görə, yanvarın 7-də axşam saatlarında Şəki şəhəri, A.Əfəndiyev küçəsi ev 9 ünvanında yaşayan 1956-cı il təvəllüdlü Yunus Kamal oğlu Abdurəhmaov bədəninin müxtəlif hissələrinin küt travması ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Məlum olub ki,  Y.Abdurəhmanov özünə məxsus avtomobili təmir edən zaman ehtiyatsızlıqdan maşın onun üstünə düşüb. Nəticədə Y.Abdurəhmanov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Həkimlərin səylərinə baxmayaraq, Y.Abdurəhmanov aldığı xəsarətlərdən yanvarın 8-də xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.APA

Paylaş:

Ən son xəbərlər