Axşam saatlarında Bakıda avtomobil qəzası baş verib.
Pravda.az xəbər verir ki, axşam saatlarında Binəqədi şosesində, Bünyad Sərdarov adına Poladtökmə zavodunun yaxınlığında "BMW" markalı avtomobil iri tonnajlı yük avtomobili ilə toqquşub. Yerdəyişmə edən minik avtomobili yük maşınının altında qalıb.
Qəza anı motosikletçinin kamerasına düşüb.