Bakının Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
Pravda.az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektinin Nəsimi rayonu ərazisinə düşən hissəsində baş verib.
1990-cı il təvəllüdlü Allahverdiyev Elkin Famil oğlu idarə etdiyi “Mercedes” markalı avtomobildə qəfil sükana nəzarəti itirib. Avtomobil beton yol ayrıcına çırpılıb. Sürücü E.Allahverdiyev ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.