Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Bakının yol polisinə yeni rəis təyin edildi - ƏMR

1 836
Paylaş:
Bakının yol polisinə yeni rəis təyin edildi -   ƏMR

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsinə təyinat olub.

Pravda.az-ın xəbərinə görə, bu vəzifəyə polis polkovniki Rəşid Piriyev təyin edilib.

Bu təyinata qədər R.Piriyev Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində çalışırdı. Ondan əvvəl isə Beyləqan Rayon Polis Şöbəsinin rəisi olub.

Xatırladaq ki, ötən gün Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərov vəzifəsindən azad olunub.Report

Paylaş:

Ən son xəbərlər