BURADA REKLAMINIZ OLA
BİLƏR

Fəhmin Hacıyev Bakıda saxlanılaraq Ukraynaya geri qaytarıldı

Hazırda Ukraynada yaşayan Azərbaycan Daxili Qoşunlarının sabiq komandanı Fəhmin Hacıyev yanvarın 6-dan 7-nə keçən gecə Bakı Beynəlxalq Hava limanı vasitəsilə Azərbaycana gəlib və saxlanılıb. Bu haqda xəbəri onun yaxınları verib. Deyiblər ki, Fəhmin Hacıyev hava limanının önündəcə polis nəfərləri tərəfindən saxlanılıb və Daxil İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə aparılıb.

 

“Təxminən günorta 3-ə qədər saxlayıblar. 4-ün yarısı isə artıq Türkiyəyə uçan təyyarədən özü zəng elədi. Dedi ki, onu geri, Ukraynaya qaytarıblar. Lakin Ukraynaya reys olmadığı üçün onu Türkiyəyə göndəriblər ki, oradan Ukraynaya getsin” - bu sözləri “Yeni Müsavat”a Fəhmin Hacıyevin dostu Fikrət Eyyubov deyib. Onun sözlərinə görə, Fəhmin Hacıyev Bakı Hava limanında saxlanılarkən onun yanında olub: “Təxminən 6 ay əvvəl Azərbaycana gəlmişdi. İndiki gəlişi də Yeni ildə anasını görməkdən ötrü idi. Saxlayıb geri qaytardılar. Bunun səbəbini bizə demədilər. Fəhmin Hacıyev Ukraynaya çatandan sonra özü yəqin ki, bunun səbəbləri haqda xəbər verər”.

 

Tarix: 8 Yanvar 2020, 10:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin