BURADA REKLAMINIZ OLA
BİLƏR

Təyyarə eniş zolağından belə çıxdı – ANBAAN VİDEO

İstanbulun Sabiha Gökçən hava limanında təyyarənin zolaqdan çıxma anı ilə bağlı görüntülər ortaya çıxıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə kadrları “Haber7” yayımlayıb.

 

Kadrlardan görünür ki, təyyarə uçuş-eniş zolağına problemsiz eniş edir, ancaq naməlum səbəbdən zolaqdan çıxır.

 

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin “Sharjah” hava limanından İstanbula gələn Türkiyənin “Pegasus” hava yolu şirkətinə aid sərnişin təyyarəsi Sabiha Gökçən beynəlxalq aeroportuna eniş etdikdən sonra zolaqdan çıxıb.

 

Hadisənin Türkiyə ərazisində bir neçə gündür davam edən əlverişsiz hava şəraiti səbəbindən baş verdiyi bildirilir. Bununla əlaqədar aeroportda həyata keçiriləcək uçuşlar təxirə salınmışdı. 21 saatdan sonra hava limanının fəaliyyəti bərpa olunub.Oxu.az

 

Tarix: 8 Yanvar 2020, 11:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin