Azərbaycan əsilli rusiyalı iş adamı Araz Ağalarovun qızı maliyyə fırıldağı ilə üzləşib.
Pravda.az xəbər verir ki, 400 min ədəd tibbi maska sifariş verən Səbinə Ağalarova bunun üçün 8,6 milyon dollar vəsait ödəyib.
Lakin məbləğ ödənildikdən sonra icraçı şirkətin rəhbəri yoxa çıxır. Xəfiyyə agentliklərindən birinin yardımı ilə Səbinə Ağalarova onu aldadan şəxsi tapır. İvanovo vilayətindən olan Sergey adlı şəxs zərərçəkmişə 6 milyon dolları geri qaytarsa da, qalan 2,6 milyon dolların maskaların hazırlanmasına sərf olunduğunu söyləyir.