“Turan” agentliyi 44 günlük müharibənin iştirakçısı olan Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat taborunun komandiri Vova Vartanovla müsahibə yayımlayıb. O, müharibədə ermənilərin məğlubiyyətinin əsas səbəbləri barədə maraqlı fikirlər səsləndirib.
V.Vartanov bildirib ki, 92-94-cü illər arasındakı qələbə onları arxayınlaşdırıb. "Məğlub olan Azərbaycan ordusu inkişaf etdi, öz üzərində işlədi, korrupsiyaya qarşı mübarizə apardı, islahatlar etdi, yeni qoşun növləri yaratdı, bunlara çoxlu pul xərclədi. Nəticədə, bizim çata bilmədiyimiz bir üstünlük qazandınız", - düşmənin kəşfiyyat komandiri vurğulayıb.
Vova Vartanovun sözlərinə görə, "Qarabağ ordusu"nda aviasiya olmasa da, Ermənistan ordusunda belə təyyarələr mövcud olub: "Türk ordusunun qarşıdurmada iştirak etdiyini gördük və 3-cü Türk Səhra Ordusu tərəfindən Ermənistana mümkün hücumun olacağını gözləyirdik. 102-ci Rusiya bazasının Gürcüstanla belə bir "əlverişli" münasibət olduğu vaxtda hərəkətə keçə biləcəyinə əmin deyildik, yəni Rusiya qüvvələrinin Gürcüstan ərazisindən Ermənistana keçməsini nəzərdə tuturuq. Ona görə belə bir vəziyyətdə Ermənistanın heç bir hərbi birləşməsi Qarabağa doğru irəliləmədi. Yeri gəlmişkən, baş naziri günahlandırırlar ki, səfərbərlik elan etdi, amma nizami ordunu Qarabağa göndərmədi. Oraya könüllü bölmələr göndərildi. O cümlədən, hərbi hissəyə çevrilən taburumuz tamamilə könüllülərdən yaradıldı".
Vova Vartanovun daha sonra dedikləri də olduqca maraqlıdır: "Təkcə Azərbaycan Silahlı Qüvvələrinin dağ-atıcı bölmələrinin Şuşaya daxil olması faktı bizim baş naziri o qədər qorxutdu ki, o çəkindi. Bir yarım-iki gün gözləmək lazım idi, yağışlar başlayacaqdı. Belə olan halda Hadrutdan Şuşa qruplaşması ilə rabitə və təminat əlaqəsi saxlamaq mümkün olmayacaqdı. O, özü təslim olacaqdı. Ermənistanın baş nazirində qorxu yaratmağın əsas "kozuru" - Şuşanın ələ keçirilməsi o zaman işə yaramazdı. Baş nazir daha təmkinli və ya cəsarətli olsaydı, 10 noyabrda bu biabırçı müqaviləni imzalamazdı".
Düşmənin kəşfiyyat taborunun komandiri bu məqamla bağlı müxbirin dəqiqləşdirici suallarına belə cavab verib: