"Ərim efirlərə qoymurdu, amma deyirdi get ancaq toylara pul qazan. Hacı Qara idi, pulları yığırdı başının altına. Özü də çox imkanlı ailə idilər. Yediyim şokolada görə dava edirdi. Sumqayıtda mağaza açmışdım, onu qoymuşdum işlətsin. Şokoladı sayıb qoyurdu, birini yemək olmazdı".
Pravda.az xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva "Birə-bir" proqramında deyib. Sənətçi ayrıldığı həyat yoldaşının onun pullarını mənimsəməsindən danışıb:
"Ağılsız olmuşam, bir torba pul gətirirdim verirdim ona ki, saysın. O da yarısın götürüb, ortalığa az çıxarırdı. Deyirdim, bir söz deyərəm, pis olar. Utanırdım ki, yoldaşım deyər, pul qazanır başıma vurur. Qoy evin pulu kişidə olsun. Etika gözləmişəm.