Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov və digər rəsmi şəxslər ilə birlikdə işğaldan azad edilmiş Zəngilan şəhərində ermənilər tərəfindən dağıdılmış məscidlə tanış olublar.
Pravda.az-ın məlumatına görə, H.Hacıyev məscidin tarixindən və bu torpaqların Ermənistan tərəfindən işğalı zamanı necə dağıldığından danışıb, ermənilərin donuz, at və digər ev heyvanlarını saxlamaq üçün dini obyektlərindən istifadə etdiklərini vurğulayıb.