BURADA REKLAMINIZ OLA
BİLƏR

Rasim Musabəyovun deputatlığa namizədliyi qeydə alındı

Beşinci çağırış Milli Məclisin deputatı Rasim Musabəyov fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə məlumat verən Rasim Musabəyov namizədliyinin qeydə alındığını da söyləyib:

 

“Namizədliyim 2 gün əvvəl Dairə Seçki Komissiyası tərəfindən qeydə alınıb. Yenə də 18 saylı Nərimanov - Nizami seçki dairəsindən namizədliyimi irəli sürmüşəm”.

 

Qeyd edək ki, Rasim Musabəyov heç bir partiyanın üzvü deyil.

 

Xatırladaq ki, Rasim Musabəyov Milli Məclisin buraxılması ilə bağlı parlamentin Prezident İlham Əliyevə ünvanladığı müraciətin əleyhinə səs vermişdi.Modern.az

Tarix: 8 Yanvar 2020, 13:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin