Azərbaycanda korrupsiyaya qarşı mübarizə əməliyyatları çərçivəsində başlayan həbslər Daşkəsənə də sıçrayııb. Artıq bir neçə vəzifəli şəxs həbs edilib.
Pravda.az xəbər verir ki, Daşkəsən rayonunun Xoşbulaq kənd Bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlu və ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri işləmiş Şahbaz Mehdiyev saxlanılıb.
Bu həbslərlə bağlı sensasion sayıla biləcək məlumatlar əldə etmişik. Həbslərin davamının olacağı ilə bağlı etibarları mənbələrdən əldə etdiyimiz bilgilər var.