Sahibkar Tural Alışanlının yaxınları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında toplaşaraq etiraz ediblər.
Onlar Tural Alışanlının fərdi evlərin tikintisi ilə bağlı ƏƏSMN-dən 157 321 manat almalı olduğunu bildiriblər. Ailəsinin dediyinə görə, Tural Alışanlı dəfələrlə pulu tələb etsə də, ƏƏSMN onun pulunu verməyib.Onlar qeyd ediblər ki, Sahil Babayev "Asan Radio"da verilişdə olarkən Tural Alışanlı Sahil Babayevə əmək müqaviləsini pozduğunu bildirib, lakin Sahil Babayev suala doğru cavab verməkdən yayınıb.