ABŞ-ın 60-cı Dövlət katibi Corc Şults 101 yaşında dünyasını dəyişib.

Pravda.az xəbər verir ki, keçmiş dövlət katibi Kaliforniya ştatında həyatla vidalaşıb.

Şults Riçard Nikson və Ronald Reyqan administrasiyalarında əsas vəzifələrdə çalışıb. O həmçinin, Stenford ali biznes mərkəzinin fəxri professoru olub.

Şults ABŞ tarixində ən nüfuzlu dövlət katiblərindən biri olub. O, Reyqanla birlikdə “soyuq müharibə”nin başa çatmasında böyük rol oynayıb.