Sumqayıtda məcburi köçkünlərin məskunlaşdığı "Şəfa" sanatoriyasında yanğın baş verib.
Pravda.az-ın məlumatına görə, yanğın sanatoriya binasındakı mənzillərin birində meydana gəlib. Dərhal əraziyə yanğınsöndürənlər cəlb olunub və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.
Yanğın zamanı binada olan məcburi köçkünlər təhlükəsiz əraziyə təxliyə edilib.