BURADA REKLAMINIZ OLA
BİLƏR

Zeynəb Xanlarova parlament seçkilərində iştirak etməyəcək

Milli Məclisin deputatı Zeynəb Xanlarova fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

 

Pravda.az-ın xəbərinə görə, 83 yaşlı deputat namizədliyini irəli sürməyib.

 

Z.Xanlarova sonuncu dəfə Milli Məclisə 2015-ci ildə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilmişdi.

 

Qeyd edək ki, Z.Xanlarova 1936-cı il dekabrın 28-də Bakı şəhərində anadan olub. O, Azərbaycan SSR Ali Sovetinin (XI-XII çağırış) və Azərbaycan Respublikası Milli Məclisinin (I-V çağırış) deputatı olub.Report

Tarix: 8 Yanvar 2020, 14:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin