Bakının Xətai rayonu, Babək prospektində “Baku Medical Plaza”da yanğının baş verməsi ilə bağlı xəbərlər yayılıb.

FHN mətbuat katibi Gülçin Mehdiyeva bildirib ki, sözügedən səhiyyə ocağında hər hansı yanğın qeydə alınmayıb. Sadəcə, tüstülənmə olub, onun da qarşısı alınıb.

Baku Medikal Plazanın PR meneceri Aysel Rzayeva da qeyd edib ki, klinikanın avtoklav hissəsində qısqapanma olub, tez bir zamanda qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb. Xəstələrin təxliyə edilməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.

Qafqazinfo