Gürcüstanın Kaxeti bölgəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunan 1978-ci il təvəllüdlü şəxs saxlanılıb.
Pravda.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaqla müəyyən olunub ki, həmin şəxs bu ilin fevralın 4-də cinayət ortaqları ilə əvvəldən mövcud olan fikir ayrılıqları səbəbindən Laqodexi bələdiyyəsində azərbaycanlıların yaşadığı Qabal kəndinin 1973-cü il təvəllüdlü sakininə xəsarətlər yetirib. Zərər çəkən şəxs xəstəxanaya yerləşdirilib və müvafiq müalicə alıb.