Bakı Ağır Cinayətlər Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin 5 saylı Poçt Filialının 81 saylı poçt şöbəsinin rəisi Sücayət Ələkbərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrlik etdiyi iclasda hökm oxunub.
Hökmə əsasən, S.Ələkbərova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə iclas zalında həbs olunub.