Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Ermənistan hərbi xidmət üçün Qarabağa əsgər göndərməyəcək

931
Paylaş:
Ermənistan hərbi xidmət üçün Qarabağa əsgər göndərməyəcək

Bundan sonra Ermənistandan Qarabağa müddətli həqiqi hərbi xidmət üçün əsgər göndərilməyəcək.

Pravda.az xəbər verir ki, Ermənistan ordusuna qış çağırışı fevralın əvvəlində başlayıb.

Müddətli həqiqi hərbi xidmətə çağırılanlar ancaq Ermənistan ərazisindəki hərbi hissələrdə xidmət keçəcəklər.

Qeyd edək ki, Ermənistanda övladlarının hərbi xidmət keçmək üçün Qarabağa göndərilməsinə etiraz edən valideynlər silsilə aksiyalar keçirib.

Onu da əlavə edək ki, erməni mətbuatında və sosial şəbəkələrində Dağlıq Qarabağdakı separatçı rejimin “ordusunun” buraxıldığı barədə məlumatlar yayılıb.

Paylaş:

Ən son xəbərlər