Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Kür çayının bölüşdürülməsi sona çatmayıb

1 018
Paylaş:
Kür çayının bölüşdürülməsi sona çatmayıb

“Kür çayının suyunun bölüşdürülməsi ilə bağlı Gürcüstanla əməkdaşlığımız sona çatmayıb”.

Pravda.az-ın məlumatına görə, bunu “Ekspert saatı”nda  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib.

O bildirib ki, hazırda saziş üzrə işlər gedir: “Bu məsələ Xarici İşlər Nazirliyi, Nazirlər Kabineti və ETSN-in tam nəzarətindədir. O cümlədən Türkiyə tərəfi ilə də Kür çayının suyunun bölüşdürülməsi, idarəolunması ilə əlaqədar danışıqlar gedir. Çünki saziş olmadıqda su ehtiyatlarına qənaətdən danışmaq mümkün deyil, həmçinin bu, bölgü ilə bağlı müxtəlif anlaşılmazlıqlara gətirib çıxarır. Çalışırıq ki, Gürcüstanla sazişi yekunlaşdıraq və Türkiyə ilə əməkdaşlığımızı davam etdirək”.

Paylaş:

Ən son xəbərlər